Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu Qaradağ rayonunda məskunlaşmış rayon sakinləri ilə keçirib

29 sentyabr 2023 | 09:50
    28 sentyabr 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə  növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, rayonunun akademik Mehdi Mehdizadə adına tam orta məktəbində keçirib. Qəbulda İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər. 
    Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, ölkə ərazisində infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
    Rayon rəhbəri qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər məsələlər üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
    Sakinlər son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, ən əsası da ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
 
 
 
Keçidlər