Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu Beyləqan rayonu, Günəş qəsəbəsində keçirib

20 dekabr 2023 | 10:04

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 19 dekabr 2023-cü il tarixdə Beyləqan rayonu, Günəş qəsəbəsində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Görüşdə icra başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Rayon rəhbəri işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
    Səyyar qəbulda sakinlər Böyük Qayıdışla, həmçinin onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.
    Rayon sakinləri işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər