Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu Bakı şəhəri, Suraxanı rayonunda keçirib

13 noyabr 2023 | 17:03

    13 noyabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən rayonun Hovuslu kənd tam orta məktəbində Cəbrayıl rayon sakinləri ilə səyyar qəbul keçirib. Səyyar qəbulda RİH başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirib ki, bu gün qürur hissi ilə söyləyə bilirik ki, ölkəmizdə hər bir sahə üzrə sürətli inkişaf hökm sürür, qarşıya qoyulmuş bütün vəzifələr ən yüksək səviyyədə icra olunur. Bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü siyasi və hüquqi zəmin, müstəqilliyimizi təmin edəcək dərəcədə güclü iqtisadiyyat, güclü ordu yaradıldı. Dövlət başçımızın apardığı mükəmməl iqtisadi siyasət sayəsində öz iqtisadi müstəqilliyini təmin edən Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Azərbaycanın mövqeyi nəinki regionda, hətta daha böyük coğrafiyada diqqətlə izlənilir. Azərbaycan ordusunun dünyada yaranmış bu imici təbii ki, üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etməsi, eyni zamanda bu ilin sentyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə erməni seperatçılarının torpaqlarımızdan təmizlənməsi sayəsində formalaşıb.
    Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıblar. Rayon rəhbəri vətəndaşları dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib, qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
    Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər