İcra Başçısı növbəti səyyar qəbulu Bakı şəhəri, Binəqədi rayonunda keçirib
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhali ilə keçirdiyi növbəti səyyar qəbul-görüşü 22 yanvar 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən rayonun Şahvəlli kənd tam orta məktəbində keçirib. İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda sakinlər onları düşündürən, narahat edən məsələlərdən söhbət açıblar.
Rayon rəhbəri görüş iştirakçılarını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırıb. İşğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq sahəsində görülən işlərdən danışaraq qarşıda duran vəzifələr barədə məlumat verib.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib. Görüşdə çıxış edən sakinlər işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq, yenidənqurma işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.