Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu 9 saylı Cəbrayıl qəsəbəsində keçirib

17 may 2024 | 11:28

    16 may 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq növbəti səyyar qəbulu 9 saylı Cəbrayıl qəsəbəsində keçirib. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
    Rayon rəhbəri bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerindəcə araşdırılması və qaldırılan məsələlərin həllinə nail olunmasıdır. Qəbulda İcra başçısı bütün müraciətlərə həssas yanaşaraq, sakinlərin istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstəriş verib, səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb, heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
    Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər