Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu 7 saylı Cəbrayıl qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirib

04 iyun 2026 | 16:03

04 iyun 2026-cı il tarixdə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 7 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar görüş-qəbul keçirib. Səyyar görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, xidməti idarə və təşkilatların rəhbərləri və ərazidə məskunlaşan sakinlər iştirak ediblər.
Rayon rəhbəri səyyar qəbulda əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən söhbət açıb, Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edib. Dövlət başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışan rayon rəhbəri bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib.
Qəbulda gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsi yerində həll edilib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verilərək həlli prosesi nəzarətə götürülüb. Sonda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər