Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar qəbulu 5 saylı Cəbrayıl qəsəbəsində keçirib

25 noyabr 2023 | 11:34

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 24 noyabr 2023-cü il tarixində Biləsuvar rayonu ərazisində salınmış 5 saylı Cəbrayıl qəsəbəsində rayon sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
    Görüşdə RİH başçısı çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Rayon rəhbəri şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açıb, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Cəbrayıl rayonunda aparılan abadlıq, quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Cəbrayıl rayonuna qayıdışla bağlı maarifləndirici söhbətlər aparıb.
    Səyyar qəbulda sakinlər rayona qayıdış, onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndiriblər. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
    Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər