İcra Başçısı növbəti səyyar görüşü Şirvan şəhərində müvəqqəti məskunlaşan rayon sakinləri ilə keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu 13 oktyabr 2023-cü il tarixdə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərciyin klubunda keçirib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, RİH başçısı aparatının məsul əməkdaşları, həmin ərazidə müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri iştirak ediblər.
İcra başçısı çıxış edərək bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Daha sonra rayon rəhbəri cənab Prezident İlham Əliyevin xarici ölkələrə səfərlərindən, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də işğaldan azad olmuş ərazilərdə aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb. Səyyar qəbul zamanı vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına rayon rəhbəri tərəfindən göstərişlər verilib, araşdırılmasına ehtiyac olan məsələlər isə nəzarətə götürülüb.