Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar görüş-qəbulu Cəbrayıl Rayon İcra Hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında keçirib

08 sentyabr 2023 | 14:41

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar qəbul-görüşü 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında keçirib. Səyyar görüş qəbulda rayon icra hakimiyyətinin məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.

Rayon rəhbəri görüş iştirakçılarını ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, əldə edilən yüksək nailiyyətlər və ölkəmizdə həyata keçirilən çoxsaylı qlobal layihələrin uğurlu icrası barədə məlumatlandırıb. Ölkədə, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə quruculuq-abadlıq sahəsində görülən işlərdən danışıb.

 İcra başçısı qarşıda duran vəzifələr barədə məlumat verərək, görüş iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət edib. Səyyar qəbul zamanı bir qrup rayon sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.

Sakinlər son illərdə respublikamızın şəhər, qəsəbə və kəndlərində, eləcə də işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işlərini yüksək qiymətləndirmiş, bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər