Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Sabunçu rayonunda fəaliyyət göstərən rayonun C.Əhmədov adına tam orta məktəbində keçirib

08 dekabr 2025 | 16:24

    08 dekabr 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən, rayonun C.Əhmədov adına tam orta məktəbində keçirib. Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayon sakinlərinin iştirakı ilə keçirilən səyyar qəbulda çıxış edən rayon rəhbəri bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerindəcə araşdırılması və qaldırılan məsələlərin həllinə nail olunmasıdır. İcra başçısı bütün müraciətlərə həssas yanaşaraq, sakinlərin istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstəriş verib, səlahiyyətləri xaricində olan məsələləri isə nəzarətə götürərək aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən razı qaldıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

 

Keçidlər