Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında keçirib

07 oktyabr 2024 | 16:53

07 oktyabr 2024-cü il tarixdə Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Cəbrayıl  Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında keçirib.

Görüşdə icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkə Prezidenti və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  “4 Oktyabr – Cəbrayıl şəhəri günü” ilə əlaqədar Cəbrayıl rayonuna səfəri çərçivəsində Cəbrayıl şəhərində Akademik Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəb binasının açılışından, rayon ərazisində bir sıra obyektlərin təməlqoyma mərasimində iştirakından və Cəbrayıl şəhərində inşa olunmuş yaşayış kompleksində yeni evlərə köçən şəhər sakinləri ilə görüşü zamanı geniş məzmunlu çıxışından bəhs edib.

Qəbulda iştirak edən sakinlərin təklifləri həssaslıqla dinlənilib, müraciətlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Görüşün sonunda qəbulda iştirak edən rayon sakinləri problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər