Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Nərimanov rayonunda yerləşən rayon qərargahında növbəti səyyar görüş-qəbul keçirilib

25 avqust 2025 | 17:50

25 avqust 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

 İcra başçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən geniş söhbət açıb. Ölkə başçısının rəhbərliyi ilə respublikamızın bütün ərazilərində olduğu kimi Cəbrayıl rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən icra başçısı sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Rayon rəhbəri səyyar qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar, müraciətlərin bir qismi ilə bağlı isə qanunamüvafiq izahatlar verib.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər