Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı mart ayının sonuncu səyyar görüş-qəbulunu Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində məskunlaşan rayon sakinləri ilə keçirib

16 mart 2026 | 17:26

Dövlət başçısı cənab İlham Əliyevin  yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Cəbrayıl rayonunda hər zaman operativ və həssas yanaşılır. Bu məqsədlə 16 mart 2026-cı il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Saatlı rayonu, Əlisoltanlı köçkün qəsəbəsində fəaliyyət göstərən məktəb binasında ərazidə məskunlaşan rayon əhalisi ilə səyyar görüş-qəbul keçirib.

Aparatın məsul əməkdaşları və rayon sakinlərinin iştirak etdiyi görüşdə icra başçısı qəbul iştirakçılarını salamlayıb, və qarşıdan gələn Novruz və müqəddəs Ramazan bayramları münasibətilə təbrik edərək, səmimi ürək sözlərini çatdırıb. Görüşlərin keçirilməsində məqsəd vətəndaş məmnunluğunu təmin etmək olduğunu bildirən başçı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Həmçinin RİH başçısı Kamal Həsənov prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa quruculuq işləri haqqında ətraflı məlumat verərək, dağıdılmış şəhər və kəndlərimizdə müasir standartlara uyğun “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin uğurla icra olunduğunu vurğulayıb. O, bildirib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də məhz vətəndaş məmnunluğunun və dayanıqlı inkişafın təmin olunmasıdır.

Daha sonra səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və xahişləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı RİH başçısı tərəfindən müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Keçidlər