Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Kürdəmir rayonunda yerləşən köçkün şəhərciyində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib

21 noyabr 2025 | 17:00

    21 noyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Kürdəmir rayonunda yerləşən köçkün şəhərciyində Cəbrayıl rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Aparatın məsul əməkdaşlarının, Cəbrayıl rayon sakinlərinin iştirak etdiyi görüş-qəbuldan əvvəl rayon rəhbəri Kürdəmir rayonunun şəhidlər xiyabanını ziyarət edib.
    İcra başçısı görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə səfərlərinin əhəmiyyətindən, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən və əhlimizin öz dədə-baba yurdlarına köçürülməsindən geniş söhbət açaraq, ətraflı məlumat verib.
    Sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb.
      RİH başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər