Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib

13 fevral 2026 | 17:29

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 13 fevral 2026-cı il tarixdə Binəqədi rayonunda fəaliyyət göstərən Sirik kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş ərazilərdə o, cümlədən Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin qayıdışından söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. RİH başçısı qəbulda vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.     

Keçidlər