İcra başçısı Beyləqan rayonu, Qəhrəmanlı kəndində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 20 fevral 2025-ci il tarixdə Beyləqan rayonu, Qəhrəmanlı kəndində fəaliyyət göstərən Dağ Tumas kənd tam orta məktəbinin binasında rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin rayona qayıdışından söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib. RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.