Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Beyləqan rayonu Milabad qəsəbəsində səyyar qəbul keçirib

14 mart 2024 | 16:33

    14 mart 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov Beyləqan rayonu Milabad qəsəbəsində yerləşən məktəbdə rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. Rayon İcra Hakimiyyəti başçısı aparatının və rayon sakinlərinin iştirak etdiyi tədbirdə icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkədə aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
    Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər