İcra başçısı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon qərargahında növbəti səyyar görüş-qəbul keçirib
24 avqust 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Nərimanov rayonunda yerləşən rayon İcra Hakimiyyətinin qərargahında sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəbulda aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Daha sonra İcra başçısı "Şəhərsalma və Memarlıq İli" çərçivəsində cənab Prezident İlham Əliyevin birbaşa nəzarəti altında "Böyük qayıdış" proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, əhalinin rayonun Şükürbəyli kəndinə köçürülməsindən və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






