Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı 4 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib

08 avqust 2024 | 18:09

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 08 avqust 2024-cü il tarixdə aylıq səyyar qəbul qrafikinə uyğun olaraq 4 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, xidməti təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    İcra başçısı bildirib ki, yerlərdə səyyar qəbulların keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerindəcə araşdırılması, habelə qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar əlbəttə ki vətəndaşlara olan dövlət qayğısının göstəricisidir.
    Rayon rəhbəri səyyar görüş-qəbulda səsləndirilən bütün müraciətləri dinləyərək İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib, digər məsələlərlə bağlı müraciətlərə isə aydınlıq gətirib.
    Səyyar qəbulda iştirak edən qəsəbə sakinləri respublikamızda və işğaldan azad olunmuş ata-baba yurdlarında aprılan bərpa-quruculuq işlərinə, həmçinin, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər