İcra başçısı 3 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirib
03 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 3 saylı Cəbrayıl qəsəbəsində sakinləri qəbul edərək onların müraciətlərini dinləyib. İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, xidməti təşkilatların rəhbərlərinin və rayon sakinlərinin iştirak etdiyi tədbirdə icra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, əhalinin qayıdışından və qarşıda duran vəzifələrdən ətraflı söhbət açıb. Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Qəbulda iştirak edən qəsəbə sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.