Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual yarışma keçirilib

28 mart 2023 | 17:02

    28 mart 2023-cü il tarixdə Cəbrayıl rayon V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyi münasibəti ilə VIII-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda intellektual  yarışmanın final mərhələsi keçirilib. Yarışmada Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

    “Heydər Əliyev-100”, “Qarabağ Azərbaycandır”, “Dəmir yumruq”, “Xarı bülbül” və “Novruz-2023” komandaları arasında keçirilən yarışmanın final mərhələsinə keçmiş komandalar arasından “Heydər Əliyev-100” komandası qalib olub. Qalib komandanın üzvləri Fəxri Fərmanla təltif olunublar.

 

Keçidlər