Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev İli”nə həsr olunmuş sərgi təşkil olunub

06 may 2023 | 10:40

    05 may 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 15 saylı tam orta məktəbində Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin “Heydər Əliyev İli”nə həsr olunmuş əl işlərindən ibarət sərgisi təşkil olunub.
    Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov, rayon Təhsil sektorun müdiri Zamiq Qurbanov, məktəb direktorları, mədəniyyət işçiləri və məktəblərin pedaqoji kollektivləri iştirak ediblər.
    Təbdirə Dövlət Himninin səsləndirilməsi, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edənlər böyük siyasi iradəyə, sarsılmaz əqidəyə, tükənməz dövlət idarəçiliyinə malik Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb, Ulu Öndərin    Azərbaycana rəhbərlik etdiyi dövrdə istedadlı şagirdlərin üzə çıxarıması məqsədi ilə aparılan islahatlardan, gənclərə göstərilən diqqət və qayğıdan danışıblar.
    Daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib, şagirdlərin ifasında Ulu öndərə həsr olunmuş şeirlər səsləndirib.
    Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Keçidlər