Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev - 100” adlı intellektual yarışma keçirilib

15 aprel 2023 | 13:55

    15 aprel 2023-cü il tarixdə Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyi münasibəti ilə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev - 100” adlı intellektual yarışma keçirilib. Yarışmada Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Cəbrayıl rayon sektorunun aparıcı məsləhətçisi Məhəmməd Mehdiyev, ümumtəhsil məktəblərin direktor müavinləri, müəllim və şagird heyəti iştirak ediblər.
     Çıxış edənlər iştirakçılara uğurlar arzulayaraq bildiriblər ki, Respublikamızın bütün bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da “Heydər Əliyev İli” çərçivəsində çoxsaylı tədbirlər keçirilir. Bu gün keçirilən “Heydər Əliyev-100” adlı intellektual yarışma da bu tədbirlər silsiləsindəndir. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirilən bütün tədbirlər Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin gənclər tərəfindən daha dərindən öyrənilməsi və gənclərin intellektual inkişafına xidmət etmək məqsədi daşıyır.
   Final mərhələsində iştirak edən 11 komanda arasında keçirilən intellektual yarışmada rayonun X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin “Zəka” komandası birinci, 15 saylı tam orta məktəbin “Qarabağ” komandası ikinci, V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbin “Azərbaycan” komandası isə üçuncü yerə layiq görülmüşdür. Qalib komandalar kubok və fəxri fərmanlarla təltif olunublar.

 

Keçidlər