Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimizin böyük uğurları

11 dekabr 2025 | 10:48
    Azərbaycan boksçusu, əslən Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən olan Həsənov Malik İqrar oğlu 06 dekabr 2025-ci il tarixdə Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kubokunda birinci yeri qazanaraq qızıl medala layiq görülüb. 
    Məlumat üçün bildiririk ki, Malik Həsənov 2011-2012-ci illərdə yeniyetmələr arasında Azərbaycan çempionu, 2020-2025-ci illərdə kişilər arasında 6 dəfə Azərbaycan çempionu olub. İdmançımız 2024-cü ilin aprel ayında Serbiyanın Belqrad şəhərində keçirilən Avropa Çempionatında üçüncü yerə layiq görülərək bürünc medal qazanıb. 2023-cü ildə Avropa kubokunun finalçısı, 2024-cü ildə kişilər arasında  Avropa çempionatının bürünc mükafatçısı,  2024-cü ildə dünya təsnifat mərhələsinin qalibi olaraq 2024-Fransa Yay Olimpiya oyunlarına lisenziya qazanaq olimpiya iştirakçısı olub. M.Həsənov həmçinin 2024-cü ilin may-iyun aylarında Tailandda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində də lisenziya sahib olub. Hazırda öz çəkisi üzrə boksçu kimi idman karyerasını davam etdirir.
    Malik Həsənov uşaqlıqdan idmanla yanaşı musiqiyə də  böyük maraq göstərib və Gəncə musiqi məktəbində təhsil alıb. 2011-ci ildə böyük xanəndəmiz, Azərbaycan SSR xalq artisti və "Şərəf nişanı" ordenli Xan Şuşinskinin 110 illik yubileyi ilə bağlı keçirilən konsetdəki  səs yazısı qızıl fonda daxil edilib. Eyni zamanda 2012-ci ildə Astarada keçirilən 5-ci uşaq muğam müsabiqəsinin qaliblərindən biri olub.
    Həmyerlimizi qazandığı qələbələr münasibətilə səmimi qəlbdən təbrik edirik və gələcəkdə daha böyük uğurlara imza atmasını arzulayırıq.

 

Keçidlər