Həmyerlimiz, “Ulu Xudafərin” qəzetinin baş redaktoru təltif edilib
25 dekabr 2025 | 12:32
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən media sahəsinin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə Filologiya elmiləri doktoru, “Ulu Xudafərin” qəzetinin baş redaktoru, həmyerlimiz Şakir Əlifoğlu “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Bu münasibətlə hörmətli Şakir müəllimi ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!






