Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz Tural Əhmədov qızıl medalla mükafatlandırıb

23 fevral 2026 | 16:20

11 fevral 2026-cı il tarixdə həmyerlimiz, rayonun Kürdlər kənd sakini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi Əhmədov Tural Əli oğlu Gəncə şəhərində Güləş üzrə gənclər və yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində birinci yeri qazanaraq qızıl medala layiq görülüb.

Qeyd edək ki, 2024-cü ilin iyun ayında Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında bürünc, 2025-ci ilin iyun ayında İtaliyanın Kaerle şəhərində keçirilən Avropa çempionatında gümüş medalla mükafatlandırılan Tural Əhmədov ilk qızıl medalını 2025-ci ilin fevral ayında Bakı şəhərində Güləş üzrə gənclər və yeniyetmələr arasında keçirilən Azərbaycan çempionatında qazanıb.

Həmyerlimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

 

Keçidlər