Həmyerlimiz, polkovnik Vilayət Bərxuda oğlu Quluyevə general-mayor ali hərbi rütbəsi verilib
27 iyun 2024 | 09:36
Azərbaycan Respublikasının Prezidenti cəbab İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə polkovnik Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.
Polkovnik Vilayət Quliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib, Füzuli, Cəbrayıl, Hadrut və Şuşanın azad edilməsində iştirak edib. V.Quluyev şücaətlərinə görə “Rəşadət” ordeni ilə təltif edilib.
Həmyerlimizi ali hərbi rütbəninin verilməsi münasibəti ilə ürəkdən təbrik edir və şərəfli xidmətində uğurlar arzulayırıq.