Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz, General-mayor Elçin Əli oğlu Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib

20 iyun 2024 | 16:46

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 iyun 2024-cü il tarixli Sərəncamı ilə Elçin Əli oğlu Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin ediib.
    Əslən Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan Elçin Məmmədov Türkiyənin İstanbul Levent Hərbi Akademiyasında ali təhsil alıb və 44 günlük Vətən müharibəsində iştirak edib. Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
    E.Məmmədov 30 avqust 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məкtəbinin rəisi təyin olunub. Həmin təyinatadək o, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub.
    Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2024-cü il tarixli Sərəncamı ilə isə Elçin Məmmədova "general-mayor" ali hərbi rütbəsi verilib.
    Həmyerlimiz, General-mayor Elçin Əli oğlu Məmmədovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilməsi münasibətlə təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər