Həmyerlimiz Emin Baxşəliyev qızıl medala layiq görülüb
11 fevral 2026-cı il tarixdə həmyerlimiz, rayonun Balyand kənd sakini, Azərbaycanın Güləş Federasiyasının üzvü Baxşəliyev Emin Rəfayil oğlu Gəncə şəhərində keçirilən Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 110 kq çəki dərəcəsində birinci yeri qazanaraq qızıl medala layiq görülüb.
2020-ci ildən idmanın güləş növü ilə məşğul olan Emin Baxşəliyev ilk bürünc medalını 2023-cü ilin may ayında Bakı şəhərində keçirilən Azərbaycan çempionatında, ilk qızıl medalını isə 2025-ci ilin oktyabr ayında Qazaxıstanın Aktau şəhərində keçirilən Ölkələr arası Beynəlxalq yarışda qazanıb.
Emin Baxşəliyev 2023-cü ildən Azərbaycan Güləş Federasiyasının üzvüdür.
Həmyerlimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.






