Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlimiz, Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb

01 noyabr 2024 | 16:06

    30 oktyabr 2024-cü il tarixdə həmyerlimiz, rayonun Dağtumas kənd sakini, Azərbaycanın qadın boksçusu Mikayılova Aynur Cəbrayıl qızı 57 kq çəki dərəcəsində Monteneqro Respublikasının Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala vəsiqə qazanıb.
    Aynur Mikayılova 1/4 finalda Macarıstanlı idmançıya ilk raundda tam üstünlüklə qalib gəlib. İdmançımız yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək yüksəlməmişdir.
31 oktyabr 2024-cü il tarixdə keçirilən final qarşılaşmasında Aynur Mikayılova dünya birinciliyini bürünc medalla başa vurub. Həmyerlimiz bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.
    Həmyerlimizi təbrik edir və gələcək yarışlarda uğurlar arzulayırıq.

Keçidlər