Həmyerlimiz Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb
15 aprel 2022 | 06:11
6-13 aprel 2022-ci il tarixində Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası keçirilib. 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Həmyerlimiz Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Səfurə Ramizqızı bu olimpiadada bürünc medala layiq görülüb.
Həmyerlimizi təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!