Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul rayonu, Qızılburun yaşayış massivindəki qəsəbədə səyyar görüş-qəbul keçirilib

18 iyul 2025 | 17:44

     18 iyul 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov qəbul qrafikinə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Hacıqabul rayonu, Qızılburun yaşayış massivində salınmış köçkün qəsəbəsində keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
     Rayon rəhbəri Prezident İlham Əliyev tərəfindən ölkəmizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün təmin olunması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa-quruculuq istiqamətində həyata keçirilən işlərdən geniş söhbət açıb. Ölkə başçısının rəhbərliyi ilə respublikamızın bütün ərazilərində olduğu kimi Cəbrayıl rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən icra başçısı sakinlərin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
     Rayon İcra Hakimiyyətinin başçısı səyyar qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar, müraciətlərin bir qismi ilə bağlı isə qanunamüvafiq izahatlar verib.
      Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər