Şriftin ölçüsü :

Saytın rəngi :

Güdəcühür köçkün şəhərciyində səyyar görüş keçirilib

18 may 2023 | 16:05

    Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 18 may 2023-cü il tarixdə Sabirabad rayonu, Güdəcühür köçkün şəhərciyində məskunlaşan Cəbrayıl rayon sakinləri ilə səyyar qəbul-görüş keçirib. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ərazidə məskunlaşan rayon sakinləri iştirak ediblər. Rayon İcra        Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək son illərdə respublikamızın sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial layihələr barədə sakinlərə məlumat verib.
    Rayon İcra Hakimiyyətinin başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

 

Keçidlər