Şriftin ölçüsü :

Saytın rəngi :

General-mayor Vilayət Bərxuda oğlu Quliyevin doğum günüdür

13 oktyabr 2025 | 11:36

   Oktyabrın 12-si general-mayor Vilayət Bərxuda oğlu Quliyevin doğum günüdür, 49 yaşı tamam olur. Nəzərinizə çatdırırıq ki, Vilayət Quliyev 12 oktyabr 1976-cı ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin azad olunmasında xüsusi qəhrəmanlıq göstərib və “Vətən uğrunda” medalı ilə təltif olunub. 44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərən zabitimiz Cəbrayıldan Şuşaya qədər şərəfli döyüş yolu keçərək Cəbrayılın, Füzulinin, Hadrutun, Daşaltı kəndinin, Şuşa şəhərinin düşməndən azad olunmasında yaxından iştirak edib. Bu xidmətlərinə görə Ali Baş Komandanın sərəncamı ilə 15 dekabr 2020-ci ildə 3-cü dərəcəli “Rəşadət” ordeni, 25 dekabr 2020-ci ildə “Füzulinin azad olunmasına görə”, 24 iyun 2021-ci ildə “Şuşanın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. 25 iyun 2024-cü il tarixdə isə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.
    Həmyerlimizi ürəkdən təbrik edir və şərəfli xidmətində uğurlar arzulayırıq.

Keçidlər