Şriftin ölçüsü :

Saytın rəngi :

Gender məsələləri üzrə məsul şəxslər üçün təlimlər davam edir

20 fevral 2026 | 17:04

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün 20 fevral 2026-ci il tarixində “Gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin təkmilləşdirilməsi və effektiv koordinasiya” mövzusunda təlim keçirilib.
    Təlimin məqsədi gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətinin gücləndirilməsi, onlar arasında səmərəli koordinasiyanın təmin edilməsi, gender bərabərliyi sahəsində mövcud qanunvericilik və dövlət siyasətlərinin icrası ilə bağlı səlahiyyət və vəzifələrin aydınlaşdırılmasıdır.
    Ekspert Abil Bayramov tərəfindən aparılan təlim proqramı çərçivəsində mövzu üzrə praktik yanaşmalar və institusional əməkdaşlıq mexanizmləri müzakirə edilib.
    Təlimdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin gender məsələləri üzrə məsul şəxsi, RİH başçısının müavini Nəsirov Tapdıq Oruc oğlu iştirak edib.

Keçidlər