Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında ailə dəyərlərinin təbliği mövzusunda tədbir keçirilib

14 dekabr 2023 | 16:36

    14 dekabr 2023-cü il tarixdə Cəbrayıl rayon X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində "Gənclər arasında ailə dəyərlərinin təbliği", "Ailə ənənələrinin möhkəmləndirilməsi və inkşafı", "Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması" mövzularında tədbir təşkil olunub.
     Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov bildirib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir. Müasir dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.
    Tədbirin sonunda şagirdlər mövzu ərtafında öz fikirlərini bildiriblər.

 

Keçidlər