Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə şəhərində müvəqqəti məskunlaşmış rayon sakinləri ilə səyyar qəbul-görüş keçirilib

10 sentyabr 2022 | 10:52

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təkliflərini dinləyir və qayğılarını daim diqqət mərkəzində saxlayır. Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü 09 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri keçirilib.

Görüşdə çıxış edən rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

Səyyar qəbul-görüşdə sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədi ilə müraciətlər dinlənilib. Qarşıya çıxan problemlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verən icra başçısı müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirib.

Sonda ərazidə məskunlaşan rayon sakinləri 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə və azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq işlərinə görə, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər