Fövqəladə Mobil Könüllü Dəstəsinin (FMKD) futbolçularla təlimləri davam edir
11 iyun 2025 | 15:55
10 iyun 2025-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsi (FMKD) "Xudafərin" futbol klubuunun U-13, U-14 yaşlı futbolçularına İlk Yardımın əsas prinsipləri, qəzalar zamanı nə etməli, sınıq və çıxıqların müalicəsi, qanaxmaların qarşısının alınması üçün ilkin müdaxilə kimi vacib mövzularla bağlı müvafiq bilgilər veriblər. Könüllülər eyni zamanda nəzəri biliklərlə yanaşı iştirakçılarla praktiki məşğələlər də keçirdiblər.
Təlimin keçirilməsində məqsəd qəzalar zamanı ilk yardım göstərmək üçün lazım olan bacarıqları öyrətmək və ilk yardımın əsasları ilə tanış etməkdir.