Şriftin ölçüsü :

Saytın rəngi :

Filologiya Elmləri Doktoru, Professor İsmayıl Kazımovun 70 illik yubileyi keçirilib

28 noyabr 2025 | 12:24

    27 noyabr 2025-ci il tarixdə AMEA Nəsimi adına Dilçilik İnstitununTürk dilləri şöbəsinin müdiri, Filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun məzunu olduğu Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində 70 illik yubileyi keçirilib.
    Yubiley tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Cəbrayıl rayon Təşkilatının sədri Arif Fərzəliyev, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyev, AMEA Nəsimi adına Dilçilik İnstitunun baş direktoru, Filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin professoru, Türk Filologiyası kafedrasının müdiri, Filologiya elmləri doktoru, professor Rüfət Rüstəmov, Respublika Terminologiya Komitəsi sədrinin birinci müavini, Dilçilik İnstitunun Terminologiya şöbəsinin müdiri, Filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, Filologiya üzrə fəlsəfə doktoru, dosent, Toponimika şöbəsinin müdiri Elçin İsmayılov, Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, Filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Hüseynova, Filologiya üzrə fəlsəfə doktoru Dilbər Camali, yazıçı-publisist, "Yazı" dərgisinin baş redaktoru Azad Qaradərəli, AMEA Ədəbiyyat İnstitunun elmi işçisi, Filologiya elmləri namizədi Aytən Qurbanova, Dilçilik İnstitutun əməkdaşları, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, “Ulu Xudafərin” qəzetinin baş redakoru, Filologiya elmləri doktoru Şakir Albalıyev, rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, təhsil işçiləri, məktəblərin müəllim və şagird kollektivləri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər yubilyarın həyat və yaradıcılığı haqqında geniş söhbət açaraq bildiriblər ki, professor İsmayıl Kazımov gənc yaşlarından bütün fəaliyyətini elmi yaradıcılığa, milli mədəniyyətimizə həsr etmiş, onun məqsədi xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, dilimizin, türkologiyanın inkişafına töhfələr vermək, yeniliklər gətirmək olub.
    Çıxışlar zamanı yubiliyarın yüksək intellektə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrik ziyalı olduğu vurğulanıb, onun dilçilik elminin inkişafına töhfələr verdiyi qeyd olunub.
    Tədbir zamanı Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbin 7-ci sinif şagirdi, muğam ifaçısı Axundov Rüfət Ərəstun oğlunun ifasında “Bayatı-Şiraz” təsnifi dinlənilib.
    Tədbirdə yubilyara Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

Keçidlər