Şriftin ölçüsü :

Saytın rəngi :

Fənn olimpiadalarının respublika mərhələsində uğur qazanan şagirdlərimiz

11 may 2022 | 17:37

    7 may 2022-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Final turunda rayonun ümumtəhsil məktəblərindən 5 şagird iştirak edib. İştirak edən şagirdlərimizdən 3-ü: 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehdizadə Sadıq Ramil oğlu (coğrafiya fənni üzrə), 10 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Abasquliyev Elvin Qurban oğlu (tarix fənni üzrə) və Tatar kənd tam orta məktəbinin IX sinif şagirdi Əliyeva Alimə Bayram qızı ( tarix fənni üzrə ) III yer tutaraq bürünc medala layiq görülüblər.
    Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Keçidlər