Şriftin ölçüsü :

Saytın rəngi :

Əkin sahələrimizdə aqrotexniki tədbirlər davam etdirilir

08 aprel 2026 | 12:17

    Cari ilin məhsulu üçün rayon üzrə 13575 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır. Aparılan səpinin 3010 hektarı buğda, 10565 hektarı isə arpadır. Aparılmış əkinlərin 11500 hektarı və ya 84,7 faizi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə Şirkətlər arasında bağlanmış müqavilə əsasında rayonun işğaldan azad edilmiş ərazilərində, 2075 hektarı isə əhalimizin müvəqqəti məskunlaşdığı Biləsuvar rayonu ərazisində aparılıb.
    Mütəxəssislər tərəfindən taxıl əkini sahələrində müntəzəm monitorinqlər keçirilmiş, əkinlərin bitiş vəziyyəti, alaqlarla, xəstəlik və zərərvericilərlə sirayətlənmə dərəcələri öyrənilimiş və ziyanvericilərə qarşı profilaktik tədbirlər görülmüşdür. Taxıl əkini sahələrinin 945 hektarında siçanabənzər gəmiricilərə, 375 hektarında taxıl böcəyinə, 1043 hektarda alaqlara qarşı kimyəvi mübarizə aparılmış, 360 hektara isə yaz yemləməsi verilmişdir.
    Hazırda əkin sahələrində suvarma işləri və aqrotexniki tədbirlər davam etdirilir.

Keçidlər