Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd olunub

23 iyun 2023 | 10:54

   23 iyun 2023-cü il tarixdə Cəbrayıl rayonunda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, İcra Hakimiyyəti aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdən öncə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib.
   Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyunun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi elan edildiyini bildirib. Peşə bayramı münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edən icra başçısı hər bir işçiyə bu şərəfli yolda uğurlar arzulayıb.
   Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu bildirən rayon rəhbəri bu diqqət və qayğının Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Keçidlər