Daha 42 ailənin Cəbrayıl həsrətinə son qoyuldu
17 fevral 2025 | 11:14
17 fevral 2025-ci il tarixdə Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan 32 ailə - 158 nəfər, Biləsuvar rayonundan 6 ailə - 30 nəfər, Saatlı rayonundan 1 ailə - 5 nəfər, Şəki şəhərindən 1 ailə - 4 nəfər, Şirvan şəhərindən 1 ailə - 4 nəfər və Tərtər rayonundan 1 ailə - 4 nəfər olmaqla, cəmi 42 ailə - 205 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Nəzərinizə çatdırırıq ki, bu günədək Respublikamızın müxtəlif bölgələrində məskunlaşan 442 ailə - 1898 nəfərdən ibarət rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.