Çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilmə proseduru ilə bağlı təlim keçirilib
27 fevral 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisələrinə yerləşdirilmə proseduru” mövzusunda onlayn təlim keçirib.
Təlim “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2022-ci il, 1599 nömrəli Fərmanına əsasən qurumlararası işin icra mexanizminin gücləndirilməsi məqsədilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Komitənin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaq hüquqlarının müdafiəsi sahəsində qarşıya çıxan mühüm məsələlərdən bəhs edib, həmçinin çətin həyat şəraitində olan uşaqların dövlət uşaq müəssisinə yerləşdirilməsi sahəsində qurumlararası işin koordinasiyasınnın gücləndirilməsinin vacibliyini qeyd edib. Ekspert qismində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri Samir Hüseynov və Əhməd Mansurov mövzu üzrə məlumatları iştirakçıların diqqətinə çatdırıblar.
Təlimlərdə Cəbrayıl Rayon İcra Hakimiyyətləri başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Fəridə İbayeva, məsul katibi Rövşən Bayramov, İctimai Təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis leytenantı Novruz Novruzlu iştirak edib.