Cəbrayıllıların öz doğma yurdlarına qayıdışı davam edir
19 fevral 2025 | 10:19
19 fevral 2025-ci il tarixdə Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan 23 ailə - 137 nəfər, Biləsuvar rayonundan 14 ailə - 75 nəfər olmaqla, cəmi 37 ailə - 212 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Nəzərinizə çatdırırıq ki, bu günədək Respublikamızın müxtəlif bölgələrində məskunlaşan 479 ailə - 2110 nəfərdən ibarət rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.