Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllılar ipəkçilik ənənələrini həvəslə yaşadırlar

05 iyun 2026 | 12:47

    Son illərdə respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi geniş inkişaf etdirilir. Bu isə ölkəmizdə ipəkçilik ənənələrinin yaşadılması, kümçülüyün genişləndirilməsi və kənd əhalisinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq 40-dək bölgəmizdə insanlar baramaçılıqla məşğul olaraq bu sahədən səmərəli gəlir götürürlər.
   Bu ənənə rayonumuzda da həvəslə yaşadılır və qorunub saxlanılır. Cari mövsümdə tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına barama istehsalının artımına nail olunması üçün qabaqcıl təcrübə və ənənələrə malik kümçülər müəyyənləşdirilib və ipəkqurduların düzgün bəslənməsinə nail olunur. Bu da ötən ilə nisbətən daha çox məhsul götürüləcəyinə inam yaradır.

Keçidlər