Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllılar hərbçilərimizə təbriklərini hərbi salamla çatdırıblar

25 iyun 2025 | 10:45

    25 iyun 2025-ci il tarixdə Cəbrayıl rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 4 saylı Cəbrayıl qəsəbəsində yerləşən şəhidlər abidə kompleksinin qarşısında 26 iyun silahlı qüvvələr günü münasibətilə müxtəlif peşə və yaş kateqoriyasından olan bir qrup şəxs hərbçilərimizi təbrik ediblər. Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Zaur Vəliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, Rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, B.Mərcanlı Uşaq İncəsənət məktəbinin direktoru Vidadi Orucov, İmişli rayon Dövlət Yanğından Mühafizə hissəsinin 86 nömrəli yanğından mühafizə bölməsinin rəisi, mayor Valeh Salahov, 9 nömrəli tam orta məktəbin sinifdənxaric və dərsdənkənar işlər üzrə təşkilatçısı Natəvan Əliyeva, Cəbrayıl Mərkəzi rayon Xəstəxanasının həkimi İlham Hətəmxanlı, tibb bacısı Səbinə Mahmudova, Vətən müharibəsi şəhidi Fərid Hacıyevin oğlu Eşqin Hacıyev, “Sağlamlığa doğru qaçış”ın region üzrə qalibi Məmiş Əsədov, “Xudafərin ” futbol və ”Turan” cüdo klubunun üzvləri hərbçilərimizə əlamətdar gün münasibətilə təbriklərini hərbi salamla çatdırıblar.

Keçidlər