Cəbrayıllılar ata-baba yurdlarına qayıdırlar
03 dekabr 2024 | 11:00
02 dekabr 2024-cü il tarixdə Bakı şəhərindən 10 ailə - 34 nəfər, Biləsuvar rayonundan 14 ailə -54 nəfər, Şəmkir rayonundan 3 ailə - 10 nəfər, Abşeron rayonundan 2 ailə - 7 nəfər, Sumqayıt şəhərindən 4 ailə - 19 nəfər, Sabirabad rayonundan 1 ailə - 5 nəfər olmaqla 34 ailə - 129 nəfər Cəbrayıl şəhərinə yola salınmışdır.
Nəzərinizə çatdırırıq ki, bu günədək Respublikamızın müxtəlif bölgələrində məskunlaşan 237 ailə - 912 nəfərdən ibarət rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.