Cəbrayıllılar 2025-ci ilin sevincini doğma yurdlarında bölüşürlər
13 yanvar 2025 | 10:12
13 yanvar 2025-ci il tarixdə Bakı şəhərindən 11 ailə - 40 nəfər, Biləsuvar rayonundan 20 ailə - 91 nəfər, Sumqayıt şəhərindən 1 ailə - 2 nəfər, Şirvan şəhərindən 2 ailə - 5 nəfər, Zaqatala rayonundan 1 ailə - 8 nəfər, Cəlilabad rayonundan 1 ailə - 6 nəfər, Şabran rayonundan 1 ailə - 5 nəfər, Mingəçevir şəhərindən 1 ailə - 4 nəfər, Hacıqabul rayonundan 1 ailə - 4 nəfər olmaqla 39 ailə - 165 nəfər Cəbrayıl şəhərinə yola salınıb.
Nəzərinizə çatdırırıq ki, bu günədək Respublikamızın müxtəlif bölgələrində məskunlaşan 326 ailə - 1334 nəfərdən ibarət rayon sakini Cəbrayıl şəhərinə köçürülərək daimi məskunlaşmaları təmin edilib.