Şriftin ölçüsü :

Saytın rəngi :

"Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib

04 mart 2024 | 10:31

    02 mart 2024-cü il tarixdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı publisist, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin kitabxanaçısı Dürdanə Qaraşovanın müəllifi olduğu "Cəbrayılın ilk şəhidi" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yazarlar, dövlət qurumlarının təmsilçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak ediblər. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Çıxış edənlər birinci Qarabağ müharibəsində igidlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalmış Cəbrayıl ərazi müdafiə batalyonunun ilk şəhidi Çingiz Qasımovun həyatı və keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan geniş söhbət açaraq kitab haqqında öz fikirlərini bildiriblər. Cəbrayılın ilk şəhidi haqqında yazılmış bu kitabın qəhrəman şəhid oğullarımızı tanıtmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini, eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə töhfə verəcəyini vurğulayıblar.
    Şəhidin anası Şəfiqə xanım tədbir iştirakçıları ilə  qəhrəman övladı haqqında xatirələrini bölüşüb, ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söhbət açaraq rayon rəhbərliyinə və kitabın müəllifinə minnətdarlığını bildirib.
    Tədbirin sonunda müəllif tərəfindən təqdimat mərasiminin iştirakçılarına "Cəbrayılın ilk şəhidi" kitabı hədiyyə edilib.

 

Keçidlər